Serbiyalı tennisçi Lionel Messini qabaqlayaraq "Dünyanın ən yaxşı idmançısı" seçildi!
Yola saldığımız 2011-ci ildə daha bir idmançı "dünyanın ən yaxşı idmançısı" seçilib. Siasport.az saytı xəbər verir ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) serbiyalı tennisçi Novak Cokoviçi planetin ən güclüsü seçib. "Böyük dəbilqə" seriyalı 3 turnirin qalibi olan Novak sorğuda 812 bal toplayıb. Ondan 122 bal az toplayan "Barselona" klubunun 24 yaşlı argentinalı futbolçusu Lionel Messi 2-ci olub. İlk "üçlüy"ü yamaykalı qaçış ustası Useyn Bolt tutub. Maraqlıdır ki, Səsvermədə 82 ölkədən 379 jurnalist iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB