Dünya taekvondoçuları Azərbaycan idmançılarından çəkinirlər

Dünya taekvondoçuları Azərbaycan idmançılarından çəkinirlər

Bu gün Azərbaycan Taekvondo Federasiyasında (ATF) ilin yekunlarına dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ATF-nin vitse-prezidenti Füzuli Musayev, federasiyasının baş katibi Həmid Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Cəbrayıl Həsənov iştirak edib. Federasiyasının vitse-prezidenti F.Musayev xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edərək, 2011-ci ilin ATF üçün uğurlu keçdiyini qeyd edib. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan idmançılarının ümumilikdə qazandıqları 700 medalın 102-si taekvondoçuların payına düşür. "Bu il ərzində idmançılarımız 29 qızıl, 29 gümüş və 44 bürünc medal qazanıblar. Bu medalları yeniyetmə, gənc və böyüklərdən ibarət yığmalarımızın üzvləri əldə ediblər. Bütün dünya Azərbaycan taekvondoçularının güclü olduqlarını bilirlər və buna görə hazırda Dünya və Avropa çempionatında Azərbaycan taekvondoçuları ilə heç bir idmançı döyüşmək istəmir",-deyən vitse-prezident Olimpiya Oyunlarına iki idmançımızın - Rəşad Əzizov və Fəridə Əzizovanın lisenziya qazandığını vurğulayıb. O, Kazanda keçiriləcək Avropa təsnifat turnirində daha iki lisenziya qazanacağımıza ümid etdiyini əlavə edib.


Dekabrda Azərbaycan çempionatının keçirildiyini xatırladan F. Musayev, bu turnirdə bəzi gənc idmançıların böyüklərin yarışında özlərini sınaqdan keçidiklərini və çempion olduqlarını qeyd edib.

Təlim-məşq toplanışlarının davam etdiyini deyən vitse-prezident, lisenziya yarışlarına ciddi hazırlaşdıqlarını qeyd edib.


Daha sonra tədbirdə kariyerasını bitirmiş təcrübəli idmançıların federasiyada məşqçi-müəllim kimi fəaliyyət göstərdiklərini, seleksiya işlərinə cəlb edildikləri bildirib.


Qeyd edək ki, 2016-cı ilədək parataekvondonun Paraolimpiya növlərinə daxil ediləcəyi və hazırda parataekvondoçularımızın çox uğrlu nəticələr göstərdikləri vurğulanıb.


Milli komandamıza leginoner idmançılar cəlb olunduğunu, yerli taekvondoçularımızın onlardan üstün olduqlarına görə, legionerlərin heyətdən kənarlaşdırıldıqları vurğulanıb.


Azərbaycan taekvondoçularının Londonda keçirilən Olimpiya oyunlarına test xarakterli yarışlarda çox uğurlu çıxış etdikləri, taekvondoçularımızın dünya reytinqidə 10-cu yerdən aşağı düşmədiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə