Tovuzun “Turan” komandası Gürcüstanın “Spartak Sxinvali” klubuna yoxlama oyununda qalib gəlib
Unibank Premyer Liqasının turnir cədvəlinin son pilləsində qərarlaşan Tovuzun "Turan" futbol klubu yoxlama oyununda qüvvəsini sınayıb.
Tovuz təmsilçisi Gürcüstanın yüksək dəstə komandalarından "Spartak Sxinvali" ilə Qaraxanlı qəsəbə stadionunda keçirilən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.
"Turan"ın heyətində Hafiz Əliyev və Seymur Tağıyev fərqləniblər.
Bu gün isə "Turan" daha bir Gürcüstan təmsilçisi "Qaqra" ilə yoldaşlıq oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB