İtaliya polisi Gattuzo, Buffon və Fabio Kannavaronu oyun alqı-satqısında ittiham etdi!
İtaliyada danışılmış oyunlarla bağlı yeni qalmaqal yaranıb. Siasport.az saytı xəbər verir ki, qalmaqalın mərkəzində təkcə futbol menecerləri və klub rəsmiləri deyil, eyni zamanda dünyaca məşhur olan futbol ulduzları dayanırlar. Amma görünən odur ki, danışılmış oyunlarla bağlı son altı ayda düz 33 nəfərin həbsi, deyəsən sonuncu proses olmayacaq. İtaliya hüquq-mühafizə orqanları indi də məşhur italyan futbolçular Gattuzo, Canluici Buffon və Fabio Kannavaronun adını "qara siyahıya" salıblar. Hakimlər iddia edirlər ki, xüsusi ilə C.Buffon və Gattuzo futbol oyunlarına pul qoymaqla İtaliya A Seriyasındakı bir sıra qarşılaşmalarda oyunların nəticələrinə təsir ediblər və klublardakı "tərəfdaşları" ilə birlikdə hər danışılmış oyundan sonra 200-300 min avro puql qazanıblar. Hazırda İtaliya polisi hər üç futbolçu ilə bağlı ciddi araşdırmalar həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB