Dekabr ayı üçün Azərbaycanın yaxşı futbolçusu

Dekabr ayı üçün Azərbaycanın yaxşı futbolçusu

Unibank Premyer Liqasında dekabr ayının ən yaxşı oyunçusu məlum olub. Klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "İnter" klubunun hücumçusu Baçana Sxadadze dekabr ayı üçün Unibank Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Qalibə Unibankın pul mükafatı və Peşəkar Futbol Liqasının hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə