Artıq son günlərini yaşadığımız 2011-ci il, həm də idmançılarımızın parlaq qələbələr qazanması ilə də yadda qalacaq. Yola saldığımız il, xüsusi ilə bu il Azərbaycan gimnastlarının 172 medal qazanmaları və uğurla çıxış etmələri baxımından çox önəmlidir. Siasport.az saytı xəbər verir ki, gimnastlarımızın qazandıqları 172 medaldan 51 qızıl, 53-ü gümüş, 68-i bürünc mükafatdır. Qazanılmış ən başlıca titul Monpelyedə keçirilmiş dünya çempionatında çoxnövçülük üzrə finalda Aliyə Qarayevanın qazandığı bürünc medaldır. Minskdə keçirilmiş Avropa çempionatında iplə hərəkətlərdə yarışların finalında ölkənin yeniyetmələrdən – Lalə Yusifova, Ayişə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Bağıyeva, Siyana Vasileva və Səbinə Qaratovadan ibarət qrup komandasının 3-cü yerə çıxması da əhəmiyyətli hadisə hesab olunur. Müxtəlif mükafatların "ən ağır yükünü" gənc gimnast Ləman Hacızadə daşıyır: 26! O, milli komandanın lideri Qarayevadan (5 qızıl, 3 gümüş və 17 bürünc) və digər perspektivli gənc gimnast Gülsüm Şəfizadədən (9 – 6 -10) bir medal çox qazanıb. 12 yaşlı Ləman qızıl və gümüş mükafatların sayına görə də irəlidə gedir: müvafiq olaraq 15 və 8. Ümumiyyətlə, medallar 28 gimnast və dörd qrup komandası tərəfindən qazanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB