İdmançılarımız 2011-ci ildə 705 medal qazanıblar

İdmançılarımız 2011-ci ildə 705 medal qazanıblar
Bu gün Gənclər və İdman Nazirliyində 2011-ci ilin yekunlarına əsasən, idman xadimlərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə 33 idman xadimi müxtəlif fəxri ad və dərəcələrlə təltif edilib. İdmançılarımızın nailiyyətləri barədə məlumat verən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, cari il ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da uğurlu nəticələr qazanılıb.
Təkcə 2011-ci ildə Azərbaycanda 415 ölkə çempionatı və kubok yarışları keçirilib. İsmayıl İsmayılov bu il Azərbaycanın 42 mötəbər beynəlxalq yarışa ev sahibliyi etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bununla yanaşı, qazandığımız medalların sayında da artım olub: "Əgər ötən il idmançılarımız 675 dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdılarsa, bu il həmin göstərici 705 olmuşdur. Sonra Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində fərqlənən 13 nəfərə "Fəxri bədən tərbiyəsi və idman işçisi", 16 nəfərə "Əməkdar məşqçi", 4 nəfərə isə "Əməkdar İdman ustası" vəsiqələri təqdim edilmişdir."

Bütün xəbərlər Facebook səhifəmizdə