Bu gün "Hilton Baku" mehmanxanasında "Ayın futbolçusu" "Unibank"ın təşəbbüsü ilə futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilən sorğunun nəticələri açıqlanıb. Siasport.az saytı xəbər verir ki, sorğuya əsasən, Bakının "İnter" futbol komandasının hücumçusu Baçana Sxadadze dekabrın yekununa görə "Ayın futbolçusu" seçilib. Sorğuda liqanın 12 peşəkar futbol klubu və 33 kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 24 yaşlı gürcüstanlı futbolçu jurnalistlər arasında səslərin 51 faizini toplayıb. Futbolçu mərasimdə iştirak etmədiyi üçün PFL və "Unibank"ın hədiyyələri və pul mükafatı "İnter"in nümayəndəsinə təqdim olunub. "Ayın futbolçusu" nominasiyası "Unibank" və PFL arasında ötən ilin sentyabrında imzalanmış sponsorluq müqaviləsindən sonra bankın təşəbbüsü ilə təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB