Arsen Vengerin "Arsenal"da görmək istəmədiyi 10 futbolçunu siz də tanıyın!
Artıq İngiltərənin "Arsenal" futbol klubundan ayrılacaq futbolçuların siyahısı İngiltərə mətbuatında dərc edilməyə başlanılıb. Siasport.az saytı xəbər verir ki, neçə müddətdir ki, Arsen Vengerin əsas heyətdə görmək istəmədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edəcəyi ilə bağlı xəbərlər dərc olunurdu. Artıq fransız futbol mütəxəssisi 10 futbolçu ilə yolları ayırmaq bərədə qərarını rəhbərliyə təqdim edib. "Dumanlı albiom"da idman nəşrləri yazırlar ki, bu oyunçular arasında icarə əsasında digər klublarda oynayan futbolçular da var. A.Vengerin heyətdə görmək istəmədiyi 10 futbolçu isə Manuel Almuniya, Sebastien Skilaççi, Vito Mannone, Tomas Rosiçki, Karlos Vela, Niklas Bendtner, Andrey Arşavin, Maruan Şamak, Denilson, Abou Diabidir. İngilis mətbuatının yazdığına görə,"Arsenal" klubu bu futbolçuları satmaqla həm komandanın maliyyə durumunu yaxşılaşdıracaq, həm də yeni oyunçuların alınması yolunda önəmli addım atmış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB