Roman Abromoviç gələn il transferlərə 179,5 milyon avro xərcələyəcək
Məlum olub ki, İngiltərənin "Çelsi" futbol klubunun rusiyalı sahibi Roman Abramoviç 2012-ci ilin yanvarında yeni futbolçuların alınmasına 150 milyon funt sterlinq (179,5 milyon avro) ayıracaq. Siasport.az saytı xəbər verir ki, səxavəıtli rusiyalı milyarderin bu transfer büdcəsi, elə indidən futbol menecerlərini hərəkətə gətirib. İngiltərədə nəşr olunan "The Sun" qəzeti iddia edir ki,R.Abromoviç, 150 milyonluq transfer büdcəsi ilə "Mançester Siti"yə çatmaq və ikinci dövrənin ikinci ayında liderliyə yüksəlməyi planlaşdırır.
İngilis qəzetinin yazdığına görə, "Çelsi"nin əsas transfer hədəfində İtaliya "Napoli"sində çıxış edən Edinson Kavani ilə Marek Hamşik dayanır. Onların qiyməti müvafiq olaraq, 50 milyon funt və 30 milyon funtdur. 2012-ci ilin fevralında "Çelsi" və "Napoli" Çempionlar Liqasının 1/8 finalında üz-üzə gələcək. Bundan başqa, "zadəganlar" 2011-2012-ci il mövsümündə İtaliya "Yuventus"unun əsas heyətindən kənarda qalan Serbiya yığmasının yarımmüdafiəçisi Miloş Krasiçlə də maraqlanır. Krasiç London klubuna 20 milyon funta başa gələ bilər. "Çelsi"nin ilk transferi isə "Bolton"un müdafiəçisi Qaret Keyhill olacaq. Keyhillin qiyməyi 7 milyon funtdur. Onun müdafiənin mərkəzində Con Terri ilə yanaşı oynaması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB