Bakının "Neftçi" futbol klubu daha iki futbolçusunu icarəyə verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə "Ağ qaraların" rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "xalq komandası", qapıçı Elçin Sadıqov və müdafiəçi Tural Nərimanov digər klublara icarəyə verilmək üçün transferə çıxarılıb. Xatırladaq ki, "Neftçi"nin digər futbolçusu Nicat Qurbanov artıq "Simurq" klubuna icarəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB