Yola saldığımız 2011-ci ildə daha bir idmançımız qızıl medal qazanıb

Yola saldığımız 2011-ci ildə daha bir idmançımız qızıl medal qazanıb
Macarıstanın Tamasi şəhərində pankration (qaydasız döyüş) növü üzrə dünya çempionatı artıq başa çatıb. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycanın idman şərəfini İlqar İbrahimov qoruyub. Təmsilçimiz bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və dünya çempionu tituluna yiyələnib. İ.İbrahimov Şəkidə fəaliyyət göstərən "Cəngavər" idman klubunun rəhbəri, 3-cü dan qara kəmər ustasıdır. İdmançımız cari ildə Ukraynanın Yalta şəhərində keçirilmiş uşu-sanda üzrə dünya çempionatında bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə