Kiyev vilayətinin İrpen şəhərində, Ukrayna Dövlət Vergilər Xidməti nəzdindəki Milli Universitetin idman zalında gənclər arasında sərbəst güləş üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 20 illiyinə həsr olunmuş III Beynəlxalq turnir başa çatıb. Siasport.az saytı xəbər verir ki, yarışlar Azərbaycanın Kiyevdəki səfirliyinin, Ukrayna Təhsil, Elm, Gənclər və İdman Nazirliyinin, Ukrayna Olimpiya Komitəsinin dəstəyi ilə "Beynəlxalq Azərbaycançılıq İnstitutu" (BAİ) tərəfindən təşkil olunmuşdur. BAİ-nin prezidenti Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin banisi, tanınmış idmançı, məşqçi və mesenat Oleq Krapivindir. Turnirdə Azərbaycan, Ukrayna, Rusiya, Belarus və Moldovadan gənc güləşçilər iştirak ediblər. Xatırladaq ki, ölkəmizi yarışlarda iki komanda - yığma komanda və bir vaxtlar Oleq Krapivinin idman karyerasına başladığı keçmiş idman məktəbi–internatın – Bakı Olimpiya Liseyinin yetirmələri təmsil ediblər. Gənc atletlərimiz ikigünlük yarışlarda əməkdar məşqçilər Sirəddin Eldarov, Oqtay Hüseynov və Məhərrəm Ağayevin rəhbərliyi ilə ümumkomanda hesabında birinci yeri tutublar. Ruslan Qasımov (54 kq) və Loğman Ağayev (63 kq) qızıl medala sahib olublar. Əfqan Xəşəlov (46 kq), Hicran Yusifov (50 kq), Sultanbəy Krapivin (100 kq), gümüş medal, Mahir Əmiraslanov (42 kq), Ceyhun Kazımov (46 kq), Ruslan Surxayev (50 kq), Nəbi Hüseynov (63 kq) və Elvin Cabbarlı (76 kq) bürünc medal qazanıblar. Qaliblərə və mükafatçılara, müxtəlif nominasiyalarda ən yaxşı atletlərə, məşqçi və hakimlərə təntənəli surətdə kubok, qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB