"Qırmışı şeytanlar", "Mançester Siti"nin Premyer Liqadakı vahid liderliyinə son qoydular!
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki "Çelsi" öz meydanında keçirlən qarşılaşmada "Fulhem"i məğlib edə bilməyib. "Zadəganlar" növbəti dəfə keçirlən qarşılaşmadan iki xal itkisi ilə ayrılıblar ki, bu da onları çempuonluq yarışından sürətlə uzaqlaşdırır. Premyer Liqanın hazırkı lideri olan "Mançester Siti" də "Çelsi" kimi "West Bromwic"lə qarşılaşmada bir xalla kifayətlənməli olub.
"Mançester Yunayted" isə rəqiblərinin xal itkisindən maksimum yararlanaraq qələbə qazanıblar. Belə ki, "Qırmızı şeytanlar", "Wigan Atletic" komandasını 5:0 hesabı ilə darmadağın edərək, zirvə yarışında "Mançester Siti"nin tək hakimiyyətliliyinə son veriblər. "Qırmızı şeytanlar", bu qələbə sayəsində xallarının sayını 45-ə çatdıraraq "Mançester Siti" ilə birgə Premyer Liqada liderlik edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB