AZAL-ın kapitanı olan Aqil Nəbiyev qışda komandasını dəyişmək fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, bu haqda təcrübəli yarımmüdafiəçinin özü mətbuata verdiyi açıqlamada fikrini dilə gətirib. "Mənim yerli klublardan aldığım iki dəvət var. Amma onlar haqda konkret heç nə deyə bilmərəm. Çünki onlara baxmalıyam, düşünməliyəm. Hər halda, mümkündür ki, bu qış doğma komandamla yollarımı ayırım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB