"Neftçi" gənc futbolçusunu "Simurq"a icarəyə verib

"Neftçi" gənc futbolçusunu "Simurq"a icarəyə verib

"Neftçi" futbol klubu, gənc futbolçusu Nicat Qurbanovu Zaqatala təmsilçisi "Simurq"a icarəyə verib. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar" Zaqarala təmsilçisinin müraciətini müsbət cavablandıraraq, 19 yaşlı futbolçunu Zaqatala təmsilçisinə icarəyə verməyi qərar alıb. Qurbanov mövsümün sonunadək "Simurq"un heyətində çıxış edəcək.
Gənc futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Qış fasiləsi zamanı "Neftçi"nin əsas heyətində təlim-məşq toplanışında olmalıydım. "Simurq"un təklifini müsbət cavablandırıb, oyun praktikamı daha da artırmaq üçün başqa komandada icarə əsasında oynamağıma şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Simurq"da özümü yalnız yaxşı tərəfdən göstərib, gələn mövsüm "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".

Bütün xəbərlər Facebook səhifəmizdə