Aliyə Qarayeva və Məhəmmədrəsul Məcidov “İlin idmançısı” seçiliblər

Aliyə Qarayeva və Məhəmmədrəsul Məcidov “İlin idmançısı” seçiliblər
Azərbaycan idman jurnalistlərinin milli yaradıcılıq təşkilatı (AİJA) 2011-ci ilin idman laureatlarını müəyyən etmək üçün ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında keçirdiyi ənənəvi rəy sorğusunun nəticələrini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, sorğunun nəticələrinə əsasən, gənclər və idman naziri Azad Rəhimov "İlin idman xadimi", Aliyə Qarayeva (bədii gimnastika), Məhəmmədrəsul Məcidov (boks) "İlin idmançısı", "Rabitə" voleybol komandası isə "İlin komandası" seçiliblər. "İlin məşqçisi" adına qadın voleybolçulardan ibarət milli və "Azərreyl"in baş məşqçisi Faiq Qarayev, "İlin idman hakimi" adına isə Eldar Zülfüqarov (voleybol) sahib olublar. Sorğunun yekunlarına əsasən, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) "İlin ən yaxşı informasiya agentliyi" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə