Leonel Messi: "Hazırda "Barselona" dünyanın ən güclü komandasıdır!"

Leonel Messi: "Hazırda "Barselona" dünyanın ən güclü komandasıdır!"
Futbol üzrə Argentina millisinin və "Barselona"nın futbol ulduzu Leonel Messi daha bir neçə mükafatı başı üzərinə qaldırmaq istədiyini dilə gətirib. Siasport.az saytı xəbər verir ki, argentinalı ulduz futbolçu Argentina Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, onun koryerasında qazana bilmədiyi əsas mükafatlar dünya çempionatı və Amerika Kubokudur. Bunların koryerası üçün ciddi çatışmamazlıq sayan ulduz futbolçu bildirib ki, Argentina millisi ilə bunu qazanacağını düşünür. O eyni zamanda bildirib ki, Argentina millisi "Barselona" ilə heç vaxt müqayisə oluna bilməz. L.Messiyə görə onun heyətində çıxış etdiyi komandası hazırda dünyanın ən böyük futbol klubudur.

Bütün xəbərlər Facebook səhifəmizdə