Bir neçə müddətdir ki, İtaliyanın "Milan" futbol klubunun braziliyalı ulduz futbolçusu Patonun, klubun sahibi olan Silvio Berluskoninin qızı ilə eşq macarəsi yaşadığı barədə italyan mətbuatı ardıcıl yazılar dərc etməyə davam edir. Siasport.az saytı xəbər verir ki, artıq bu cütlüyün eşq "hekayələri" barədə İtaliya siyasi mətbuat belə müzakirə açmağa maraq göstərir. İtalyan mətbuatı iddia edir ki, braziliyalı futbol ulduzu ən azından özündən 7-8 il böyük olan keçmiş Baş nazirin qızı ilə daha çox əyləncə yerlərində vaxt keçirməyə və istirahət etməyə üstünlük verir. İtalyan həmkarlarımıza görə, braziliyalı ulduzun "Milan"ın əsas heyətində ardıcıl olaraq yer ala bilməsi və özünü arxayın hiss etməsi də xanım Berluskoninin dəstəyi sayəsində mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB