Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışının və "Nə? Harada? Nə vaxt?" intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Siasport.az saytı xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) konfrans zalında keçirilən tədbirdə AHİK-in və ATİAHİRK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə gənclərə göstərilən qayğıdan danışaraq, Prezident İlham Əliyevin gənclərlə görüşlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkə başçısının Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulayan S.Mehbalıyev Gənclər və İdman Nazirliyinin tərkibində yaradılacaq Gənclər Fondunun əhəmiyyətini yüksək qiymətləndirib.
Məlumat verilib ki, artıq on ildir keçirilən futzal yarışlarının cari ildəki qalibləri Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti olublar. "Nə? Harada? Nə vaxt?" intellektual oyununda isə Bakı Dövlət Universitetinin komandası qalib adını qazanıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ikinci və üçüncü yeri tutublar. Tədbirin sonunda S.Mehbalıyev qalib komandaları təbrik etmiş, onlara diplom və mükafatlar təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB