Boks üzrə Azərbaycan çempionatında yenə də Samir Məmmədov – Rəhim Nəcəfov görüşü
Boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub. SİA-nın verdiyi məlumata görə, dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov (56 kq) İlkin Ağayevi 13:9 hesabı ilə məğlub edərək, həlledici döyüşdə iştirak etmək hüququ qazanıb. Onu finalda artıq ənənəvi rəqibinə çevrilmiş Rəhim Nəcəfov gözləyir. Son dünya çempionatının iştirakçısı yarımfinalda Elvin Mirzəbəyliyə 21:9 hesabı ilə qalib gəlib.
69 kq çəki dərəcəsində ötən ilin Azərbaycan çempionu Tamerlan Abdullayev bu il "ən güclülərin seçmə yarışı"nda 2-ci olmuş İsmət Eynullayevi 17:11 hesabı ilə məğlub edib. Abdullayev finalda dünya çempionatının mükafatçısı, uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmovla üz-üzə gələcəkdir. E.Məhərrəmov yarımfinalda Siyəzən boksçusu Bəxtiyar Nadirov üzərində qələbə qazanıb. Təcrübəli Rahib Bəylərovla milli komandamıza namizəd Vətən Hüseynli arasında da görüş gərgin keçib. Bəylərov yeni çəki dərəcəsində (81 kq) çıxış etməsinə baxmayaraq, rinqdən qalib ayrılıb. Bu görüş 11:11 hesabı ilə heç-heçə yekunlaşsa da hakimlərin rəyi R.Bəylərovun xeyrinə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB