2011-ci ilin ən yaxşı idmançılarını və mükafatçılarını siz də tanıyın!
Gənclər və İdman Nazirliyi başa çatmaqda olan ildə fərqlənmiş idman xadimlərinə, federasiyalara və jurnalistlərə mükafatlar təqdim edib. Siasport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu il ölkəmizin idman ictimaiyyəti üçün uğurlu olub. Nazirin dediyinə görə, 2011-ci ildə Azərbaycanda 42 beynəlxalq yarış təşkil edilib. İdmançılarımız 275 beynəlxalq turnirdə 705 medal, o cümlədən olimpiya idman növlərində 276, idmanın digər növlərində 429 medal qazanıblar. İl ərzində dörd olimpiya idman kompleksi istifadəyə verilib, daha on mərkəzin tikintisi davam edir. Azərbaycan idmançılarının bu uğurları Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına qayğısı sayəsində mümkün olub.
Gələn il Olimpiya ilidir. Azərbaycan idmançıları Londonda keçiriləcək Olimpiya oyunlarında iştirak etmək üçün indiyədək idmanın 10 növündə 30 lisenziya qazanıblar. Nazir bildirib ki, o, idmançılarımızın qazandığı vəsiqələrin sayının 50-yə çatacağına ümid edir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bildirib ki, əvvəlki illər kimi 2011-ci il də Azərbaycan idmanı üçün uğurlu olub.
Sonra ilin ən yaxşı idman xadimlərinin adları elan edilib. İlk onluğa boksçu Maqomedrasul Məcidov, kanoeçi Valentin Demyanenko, yunan-Roma güləşçisi Rövşən Bayramov, güləşçi Mariya Stadnik, boksçu Teymur Məmmədov, güləşçi Şərif Şərifov, gimnast Aliyə Qarayeva, ağır atlet Valentin Xristov, cüdoçu İlqar Müşkiyev və taekvondoçu Ramin Əzizovun adları daxildir. Voleybolçu qadınlar arasında dünya çempionu adını qazanaraq çempionlar liqasında ikinci yeri tutmuş "Rabitə" voleybol klubu ilin ən yaxşı komandası hesab edilib. Azərbaycan Boks Federasiyası ilin ən yaxşı federasiyası, Rövşən Bayramovun şəxsi məşqçisi Hicran Şərifov isə ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Atçılıq İdmanı Federasiyası ilin ən yaxşı idman təşkilatı, Ələkbər Cəfərov ilin ən fəal veteranı hesab edilib. "Kür" Olimpiya Tədris-Məşq Bazası ilin ən yaxşı idman bazası, güləş üzrə arbitr Əjdər Cəfərov və ağır atlet Vahid Nəzərov ən yaxşı hakim hesab ediliblər. Respublika paytaxtındakı 16 nömrəli idman məktəbi ilin ən yaxşı idman məktəbi adına layiq görülüb. "Lider" teleşirkətini təmsil edən Rövşən Binnətli və "Space" telekanalı ən yaxşı jurnalistlər kimi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB