İmişlidə budo döyüş növləri üzrə Azərbaycan çempionatı keçiriləcək

İmişlidə budo döyüş növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 21-22-də uşaqlar və yeniyetmələr arasında budo döyüş növləri üzrə Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytı Azərbaycan Budo Döyüş Növləri Federasiyasına istinadən xəbər verir ki, İmişli Olimpiya İdman Kompleksində keçiriləcək çempionatda 250 idmançı birincilik uğrunda mübarizə aparacaq. Yarış budo döyüş növlərinin full-kontakt və fri-kontakt növləri üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə