İtaliyanın "Napoli" futbol klubu Çilinin "Universidad de Chile" komandasından perspektivli futbolçunu rənglərinə bağlayıb. Siasport.az saytı xəbər verir ki, 22 yaşlı Eduardo Vargas artıq həkim müayinəsindən keçərək İtaliya klubu ilə müqaviləyə imza atıb. Bu barədə "Napoli"nin rəsmi saytı da açıqlama yayıb.
İtaliya mətbuatı isə iddia edir ki, 22 yaşlı çilili forvardın transferi "Napoli"yə nə az, nə çox,- düz 12 milyon avroya başa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB