Zaqreb "Dinamo"su baş məşqçini işdən qovdu!

Xorvatiyanın "Dinamo" klubunun baş məşqçisi Krunoslav Yurçiç istefaya göndərilib. Siasport.az saytı xəbər verir ki, Zaqreb təmsilçisinin UEFA Çempionlar Liqasında olduqca uğursuz çıxış etməsi, son qarşılaşmada isə Fransa klubu "Lyon"a rüsvayçı hesabla mağlub olması klub rəhbərliyinin səbrini yamanca tükəndirib. Klub rəhbərliyi K.Yurçiçin əvəzinə baş məşqçi postuna 58 yaşlı təcrübəli futbol mütəxəsisisi olan Ante Çaçiçi gətirib. Bundan əvvəl "Lokomotiv" komandasını çalışdıran A.Çaçiç, artıq komandanın sükanı arxasında sabahdan ilk məşqinə çıxacaq. Zaqreb "Dinamo"sunun prezidenti Mirko Barişiç jurnalistlər üçün keçirdiyi birifinqdə bildirib ki, onlar A.Çaçiçin komandaya uğur qazandıracağına tam əmindirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə