“Neftçi” Antalyada “Terek”dən başqa hansı klublarla qarşılaşacaq?

“Neftçi” Antalyada “Terek”dən başqa hansı klublarla qarşılaşacaq?
Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək Bakının "Neftçi" futbol komandası bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Siasport.az saytı xəbər verir ki, "flaqman"ın keçirəcəyi yoxlama oyununda ilk rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" komandası olacaq. Azərbaycan çempionunun rəqibləri sırasında Polşa, Rumıniya və digər Avropa ölkələrinin klubları da yer alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə