İspaniyanın "Villyarreal" futbol klubu yeni baş məşqçi ilə yoluna davam etmək qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, İspaniya klubu, Kubok mübarizəsində 3-cü diviziyon komandası olan "Mirandes"ə 0:2 hesabı ilə acınacaqlı məğlubiyyətə uğrayandan sonra, klub rəhbərliyi baş məşqçi Xuan Karlos Garridonun fəaliyyətinə xitam verib. Klubun rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, rəhbərlik komandanın əvəzedici komandasına başçılıq edən 40 yaşlı Xose Françesko Molinanı baş məşçi sükanı arxasına gətirib. 40 yaşlı mütəxəssis, İspaniya klubunu mövsümün sonuna qədər çalışdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB