\"Barselona\" daha bir ulduz futbolçusunu itirdi!

\"Barselona\" daha bir ulduz futbolçusunu itirdi!
İspaniyanın \"Barselona\" futbol klubu dünən İspaniya Kuboku uğrunda mübarizədə rəqib \"Hospitalet\" futbol klubunu 9:0 hesabı ilə darmadağın etsə də, bunun əvəzində ciddi itki ilə üzləşib. Belə ki, Xose Qvardiolanın komandası daha bir ulduz futbolçusunu itirmək faktı ilə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, katalon klubunun ulduz futbolçusu İnyesta, qarşılaşmanın 28-ci dəqiqəsində rəqib komandanın qolkiperi Karlos Kraviotto ilə toqquşaraq ciddi zədə alıb. Katalon klubunun həkimləri, ulduz futbolçunun ən azı iki həftə yaşıl meydanlara həsrətlə baxacağını açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə