Gənc şahmatçımız Hollandiyada keçirilən ənənəvi şahmat turnirində iştirak edir

Gənc şahmatçımız Hollandiyada keçirilən ənənəvi şahmat turnirində iştirak edir
Hollandiyanın Qroningen şəhərində ənənəvi 48-ci şahmat festivalı start götürüb. Siasport.az saytı xəbər verir ki, Əsas "A" turnirində 55 oyunçu, o cümlədən Azərbaycan qrossmeysteri Vasif Durarbəyli iştirak edir. Start reytinq vərəqində Sergey Tivyakov (2647, Hollandiyanı təmsil edir) birincidir. Sonra Yevgeni Romanov (Rusiya, 2627), Robert Xess (ABŞ, 2625), Yaroslav Jerebux (Ukrayna, 2594) və başqaları gəlirlər. 55 şahmatçıdan 26-sı birinci turda qələbə qazanıb. Bu turda heç-heçə oynamış 9 oyunçu arasında Azərbaycan şahmatçısı Vasif Durarbəyli də yer alır. Birinci turda ağ fiqurlarla oynayan idmançımız xalı Hollandiya şahmatçısı Julian Overdamla bölüşüb. İkinci turda Durarbəylinin rəqibi Hollandiya təmsilçisi FİDE ustası Adrian Klemens olacaq. Yarış dekabrın 30-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə