Masallıda boks üzrə beynəlxalq turnir keçirilir

Masallıda boks üzrə beynəlxalq turnir keçirilir
Azərbaycan Respublikası Dövlət Gömrük və Milli Olimpiya komitələrinin birgə təşkilatçılığı ilə Masallıda boks üzrə Beynəlxalq turnir başlayıb.
Siasport.az saytı xəbər verir ki, Beynəlxalq turnirdə Azərbaycan ilə yanaşı, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan idmançılar iştirak edirlər. Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Rövşən Hüseynov çıxış edərək ölkədə idmanın inkişafı istiqamətində görülmüş işlərdən danışıblar. Turnir sabah başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə