"Neftçi" klubunun azyaşlı futbolçulardan ibarət iki komandası "Sabahın ulduzları" turnirinin mükafatçısı olub. Siasport.az saytı xəbər verir ki, "Neftçi" və "Neftçi-2002" klubları müvafiq olaraq gümüş və bürünc medalları qazanıblar. Komanda üzvlərinə mükafatlar, Unibank Premyer Liqasının XVIII turunun "Neftçi" – "Kəpəz" oyununun fasiləsi zamanı təqdim edilib. "Neftçi"nin futbolçusu Turan Əhmədov çempionatın ən yaxşı hücumçusu üçün təsis olunmuş mükafata layiq görülüb. Bundan başqa, "Neftçi-2002" komandasının futbolçusu Musa Qurbanlı isə rəqib qapılarından keçirdiyi 13 topla turnirin bombardiri nominasiyasında qalib olub. Hər iki futbolçuya "Sabahın ulduzları" yarışının təşkilat komitəsi tərəfindən xüsusi Kubok və diplom verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB