Dünən axşam oynanılan İspaniya Kubokunun 1/8 final mərhələsində böyük hesablı nəticə qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, son İspaniya çempionu olan "Barselona" futbol klubu, "Hospitalet"i darmadağın edib. Kataloniyalılar, rəqibin qapısına nə az, nə çox,-düz doqquz cavabsız qol vurublar. "Barselona" nın heyətində Pedro (11-ci dəqiqə (pen.)), İnyesta (19), Alkantara (23, 55 (pen.)), Xavi (36), Telyo (43, 65) və Kuenka (49, 81) fərqləniblər. Diqqətinizə çatdıraq ki, ilk oyun "Barselona"nın minimal hesablı qələbəsi ilə başa çatmışdı - 1:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB