Son çempion qış fasiləsinə lider kimi yollandı...

Son çempion qış fasiləsinə lider kimi yollandı...
Dünən futbol üzrə Unibank Premyer Liqasının XVIII turunun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, son ölkə çempionu "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Kəpəz"i qəbul edərək əsl yüngül məşq prossini xatırladan oyunla rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Oyunda "Neftçi"nin heyətində Flavio Aleks Valensio və Bahodir Nasimov fərqlənib. Bu qələbə ilə "flaqman", qış fasiləsinə vahid lider kimi yollanıb
Bundan başqa, Lənkəran şəhər mərkəzi stadionunda "Xəzər-Lənkəran"-"Bakı" oyunu keçirilib. Matçda Branimir Subaşiç, Julius Vobay və Rahid Əmirquliyevin vurduğu qollar "Xəzər-Lənkəran"a 3:0 hesablı qələbə qazandırıb.Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ"-"Qarabağ" qarşılaşmasında hesab açılmayıb. Hazırda bu nəticələrdən sonra turnir cədvəlində "Neftçi" 37 xalla birinci, "İnter" 36 xalla ikinci, "Xəzər-Lənkəran" (35 xal) isə üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə