“Qəbələ” klubu Didye Droqbanın həmyerlisini niyə qovdu?

“Qəbələ” klubu Didye Droqbanın həmyerlisini niyə qovdu?
Baş məşqçi dəyişikliyindən sonra hələ də özünə gələ bilməyən "Qəbələ" futbol klubu, qış fasiləsini gözləmədən bir futbolçusu ilə yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, son günlər qeyri stabil çıxışı ilə diqqət çəkən Qəbələ təmsilçisi, Fil Dişi Sahilindən olan hücumçu Serje Cehuadı heyətdən qovub.
S.Cehua komandaya oktyabrda transfer olunmuşdu. Lakin onunla cəmi 2 aylıq müqavilə imzalanmışdı. Baş məşqçi Toni Adamsın istefasından sonra komandaya rəhbərlik etməyə başlayan Fatih Kavlak isə futbolçu ilə anlaşmanın müddətinin uzadılmasına ehtiyac olmadığını bildirib. Xatırladaq ki, Didye Droqbanın həmvətəni olan futbolçu, iki ay ərzində "Qəbələ"nin heyətində 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə