Futbol üzrə Azərbaycan yığması Dubayda hansı ölkənin millisi ilə qarşılaşacaq?
Gələn il fevralın sonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təlim-məşq toplanışına yollanacaq futbol üzrə Azərbaycan yığmasının Asiya millilərindən biri ilə qarşılaşmaq ehtimalı çox yüksəkdir. Siasport.az saytı xəbər verir ki, ən çox ehtimal edilən varian Suriya millisi ilə bağlıdır.
Belə ki, Suriya yığmasının da fevralda Dubaya səfər etməsi və 1 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Suriya mətbuatının yazdığına görə, həmin sınaq matçında rəqib kimi Qafqaz ölkələrinin yığmalarından biri ilə danışıqlar aparılır. Millimizin də həmin vaxt Dubayda hazırlıq keçəcəyini nəzərə alsaq, baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi komandamızın suriyalılarla qarşılaşmada qüvvəsini sınayacağı istisna deyil. Həmin qarşılaşmanın fevralın 29-da keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Suriya FİFA-nın dekabr üçün açıqladığı reytinq siyahısında komandamızdan 2 pillə geridədir – 114-cü yer. Buna baxmayaraq, hazırda onlar reytinqdə Asiyanın 17-ci komandasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB