Yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başlayıb

Yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başlayıb

Bu gün Dekabrın 22-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başlayıb. Siaspor.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 1993-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edirlər. Bu gün 55, 66 və 84 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. Çempionatda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və idman geyimi ilə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə