FİFA prezidenti Jozef Blatterə qarşı kəskin ittihamlar ara vermir. Siasport.az saytı xəbər verir ki, "Bavariya" prezidentinin FİFA rəhbərini "su ilanına" bənzətməsindən sonra, indi də başqa bir klub prezidenti J. Blatteri diktator adlandırıb. Mövsümün əvvəlində Avropa Liqasından kənarlaşdırılan İsveçrənin "Sion" klubunun prezidenti Kristian Konstantin sərt açıqlamalar verərək FİFA prezidentini Müəmmar Qəddafiyə bənzədib: "FIFA bizə transfer qadağası tətbiq edir. Ancaq bu düzgün deyil. FİFA və Blatter sabiq Liviya lideri Qəddafiyə çox bənzəyir. Blatter tam bir diktatordur. Dünya futbolunu bu tip insanlardan xilas etmək lazımdır"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB