Türkiyə çempionatı: “Qalatasaray” şəriksiz lider oldu

Türkiyə çempionatı: “Qalatasaray” şəriksiz lider oldu

Türkiyə çempionatında birinci dövrənin oyunları keçirilib. "Qalatasaray" dövrəni lider kimi tamamlamağı bacarıb.


ANS PRESS-in məlumatına görə, "Qalatasaray"ın qələbə seriyası ilk dövrənin sonuncu turunda da davam edib. İstanbul klubu öz meydanında "Manisaspor"u məğlub edib. Qarşılaşma 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 64-cü dəqiqədə Selçuk İnan vurub.


"Fənərbağça" isə səfərdə "Antalyaspor"u məğlub edə bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.


Beləliklə, 37 xal toplayan "Qalatasaray" birinci dövrəni lider kimi tamamlayıb. "Fənərbağça" "sarı-qırmızılar"dan iki xal geri qalır.


Günün bütün qarşılaşmalarının nəticələri:


"Antalyaspor" - "Fənərbağça" 0:0

"Kayserispor" - "Ankaragücü" 3:0

"Mersin"-"Eskişehirspor" 0:0

"Qalatasaray" - "Manisaspor" 1:0

"Sivasspor" - "Samsunspor" 3:2.


Bütün xəbərlər Facebook səhifəmizdə