“Neftçi” qış fasiləsinə lider kimi yollandı

“Neftçi” qış fasiləsinə lider kimi yollandı

Bu gün futbol üzrə Unibank Premyer Liqasının XVIII turunun oyunlarına yekun vurulub.

Siasport.az saytının verdiyi məlumata görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi" komandası "Kəpəz"i qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda "Neftçi" rəqib qapısından 2 cavabsız top keçirib. Oyunda "Neftçi"nin heyətində Flavio Aleks Valensio və Bahodir Nasimov fərqləniblər.

Lənkəran şəhər mərkəzi stadionunda "Xəzər-Lənkəran"-"Bakı" oyunu keçirilib. Matçda Branimir Subaşiç, Julius Vobay və Rahid Əmirquliyevin vurduğu qollar "Xəzər-Lənkəran"a 3:0 hesablı qələbə qazandırıb.

Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ"-"Qarabağ" qarşılaşmasında hesab açılmayıb.

Turnir cədvəlində "Neftçi" 37 xalla birinci, "İnter" 36 xalla ikinci, "Xəzər-Lənkəran" (35 xal) isə üçüncü pillədə qərarlaşıb.


Turnir cədvəli


Premyer Liqa O Q H M T- F X

1. Neftçi 18 12 1 5 37-16 37

2. İnter 18 10 6 2 17-9 36

3. Xəzər L 18 10 4 3 27-17 35

4. Qarabağ 18 8 5 5 20-14 29

5. Bakı 18 8 5 5 23-16 29

6. Qəbələ 18 7 5 6 18-19 26

7. AZAL 18 6 5 7 26-28 23

8. Rəvan 18 5 7 6 21-22 22

9. Simurq 18 5 4 9 18-27 19

10. Kəpəz 18 4 4 10 21-34 16

11. Sumqayıt Ş 18 4 3 11 13-23 15

12. Turan 18 3 2 13 10-26 11

Bütün xəbərlər Facebook səhifəmizdə