“Zənci” sözünə görə oyundan kənarlaşdırılan futbolçu kim oldu?

\"Liverpul" klubunun hücumçusu Luis Suares "Mançester Yunayted"in müdafiəçisi Patris Evranın ünvanına söylədiyi irqçi ifadələrinə görə səkkiz oyunluq diskvlifikasiya edilib. Məlumatı "The Daily Mail" yayıb. Luis Suares 40 min funt cərimə də ödəməlidir. Bu arada isə "Liverpul" klubunun oyunçusu Luis Suaresin diskvalifikasiyası barədə qərarı təəccüb və təəssüflə qarşıladığını açıqlayıb. "Luisin yalnız Partis Evrana dediyi sözləri əsasında cəzalandırılmasını qəribə hesab edirik. Meydanda "Mançester Yunayted"in oyunçularından tutmuş hakimlər briqadasına qədər bunu heç kim eşitməyib", - komandanın bəyanatında deyilir. Xatırladaq ki, insident oktyabrın 15-də "Mançester Yunayted" və "Liverpul" klublarının sonuncunun meydanında keçirilən oyununda qeydə alınıb. Patris Evra iddia edir ki, Luis Suares oyunun ikinci hissəsində dəfələrlə onu təhqir edərək "zənci" deyib. O, 2006-cı ildən "Mançester Yunayted"in şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə