Fatih Terim indi də "Arsenal"ın çexiyalı ulduzunu hədəfə alıb...

Fatih Terim indi də "Arsenal"ın çexiyalı ulduzunu hədəfə alıb...
İstanbulun "Qalatasaray" futbol klubu qış transfer dövründə daha bir çexiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhənginin bu dəfəki hədəfi Londonun "Arsenal" futbol klubunun çexiyalı ulduz futbolçusu Tomaş Rosiytskidir. Türkiyə mediyası xəbər verir ki, mövsümün sonunda London klubu ilə mövcud müqaviləsi başa çatacaq çexiyalı futbolçunun transferində baş məşqçi Fatih Terim çox israr edir.
Belə ki, "imperator" ləqəbli mütəxəssis, yaşıl meydanda Milan Baroş və Ujfalusinin yanında daha bir çexiyalı forvard yerləşdirərək hücum xəttini bu üçlük tandem əsasında gücləndirməyə çalışır. Türk mətbuatının yazdığına görə, "Qalatasaray" çexiyalı futbolçu üçün 3 milyon avrodan keçməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə