Boksçularmız Ümumdünya boks seriyasının B qrupunda liderdilər

Boksçularmız Ümumdünya boks seriyasının B qrupunda liderdilər

Azərbaycanın "Baku Fires" klubu Meksikanın "Mexico City Guerreros" komandası ilə Bakıda keçirilən oyunda növbəti uğrundan sonra Ümumdünya Boks seriyasının (WSB) beş turundan sonra B qrupunda liderliyi möhkəmləndiriblər. Siasport.az saytı xəbər verir ki, WSB turnirində 12 komanda iştirak edir. Birinci mərhələdə onlar iki qrupa bölünüblər. Qruplarda yarışlar iki dairədə keçiriləcək, sonra dörd ən yaxşı komanda dörddə bir finalda mübarizəni davam etdirəcək. B qrupunda komandaların vəziyyəti belədir: "Baku Fires" - 15 komanda xalı (21 fərdi xal), "Leipzig Leopards" - 10 (15), "Paris United" - 7 (8), "Mexico City Guerreros" - 7 (11), "Istanbulls Bosphorus" - 5 (10), "Beijing Dragons" - 3 (4).А qrupunda vəziyyət aşağıdakı kimidir: "Milano Thunder" - 15 (21), "Astana Arlans" - 10 (15), "Los Angeles Matadors" - 9 (13), "Динамо" - 7 (14), "Mumbai Fighters" - 7 (12), "Banghkok Elephants" - 0 (0).WSB turnirinin həlledici oyunları gələn ilin aprelində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə