Respublikamızın bütün bölgələrində müxtəlif idman tədbirləri keçirilir. Siasport.az saytı xəbər verir ki, gənc nəslin mənəvi və fiziki sağlamlığına xidmət edən belə tədbirlərdən biri də Ucar şəhərində keçirilib. "Ucar şahmat festivalı-2011" adlı yarışda, respublikamızın 10 rayon və şəhərindən 100–dən çox şahmatçı iştirak edib. Festivalda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, şahmat üzrə Azərbaycan yığma komandasının üzvləri, beynəlxalq qrossmeysterlər, dünya və Avropa çempionları Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və başqaları iştirak ediblər. İki hissədən ibarət festivalın birinci hissəsində uşaqların komanda yarışları keçirilib. İkinci hissədə isə milli yığma komandanın üzvləri 50 taxtada eyni vaxtda uşaqlarla oynayaraq, onlara ustad dərsləri keçiblər. Komanda yarışlarının qalibləri və eynivaxtlı seansda yaxşı oyun göstərən uşaqlara kubok, medallar, pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB