"Turan"da hökm sürən maliyyə böhranı futboçularla rəhbərlik arasında gərgin olan münasibətləri daha da pisləşdirib.
Əldə etdiyimiz məlumata görə, bunun məntiqi nəticəsi kimi hazırda Sumqayıtda olan komandanın üzvləri "Sumqayıt Şəhər"lə bugünkü matça çıxmaq istəməyiblər.
Hətta rəhbərliyin maaşların verilməsilə bağlı növbəti vədi də tovuzlu futbolçuları fikirlərindən döndərməyib. Yalnız komandanın baş məşqçisi Əsgər Abdullayevin məsələyə müdaxiləsindən sonra oyunçular debütantla oyuna çıxmağa razılıq veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB