Ukrayna 2015-ci ildə daha bir Avropa çempionatına ev sahibliyi edəcək
Ukrayna 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatından sonra 2015-ci ildə daha bir Avropa çempionatına ev sahibliyi edəcək. Siasport.az saytı xəbər verir ki, 2015-ci ildə keçiriləcək kişilərdən ibarət basketbol yığmaları arasında Avropa çempionatının keçirilməsi hüququ Ukraynaya verilib. FİBA Avropa Şurası rəhbərliyinin müvafiq qərarını dekabrın 18-də Münxendə qurumun prezidenti Olafur Rafnson elan edib. Fransa, Almaniya, İtaliya və Xorvatiyanın basketbol assosiasiyaları müsabiqə prosedurlarının müəyyən məqamlarından narazılıqları ilə əlaqədar Avrobasket 2015-in keçirilməsinə birgə sifarişlərini geri götürüblər. Ukrayna baş nazirinin müavini və infrastruktur naziri Boris Kolesnikov əmindir ki, ölkə 2015-ci il basketbol üzrə Avropa çempionatını uğurla keçirəcək. O, Münxendə FİBA Avropa rəhbərliyinin Avrobasket-2015-ə ev sahibliyini Ukraynaya verdiyi mətbuat konfransında bu fikirdə olduğunu açıqlayıb: "Mən ölkəmiz adından FİBA rəhbərliyinə minnətdarlığımı bildirib, bir daha əmin etmək istəyirəm ki, Ukrayna qonaqpərvər slavyan ölkəsidir. Odur ki, çempionat, heç şübhəsiz, yaddaqalan olacaqdır. Qalanı isə artıq oyunçuların işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB