İtaliyada oyun alqı-satqısında şübhəli bilinən 17 nəfər həbsə alındı!
İtaliyada daha bir futbol skandalı yaşanıb. Siasport.az saytı xəbər verir ki, İtaliya polisi 17 nəfəri razılaşdırılmış futbol oyunlarını təşkil etməkdə ittiham edərək həb edib. İtaliya mətbuatı yazır ki, aparılan həbslər Kremon şəhərinin müvafiq təhqiqat aparan prokurorluğu tərəfindən sanksiyalaşdırılıb.Həbs olunanlar arasında "Atalanta" komandasının keçmiş kapitanı Kristiano Doni də vardır. O, keçən il B seriyası çərçivəsində azı üç razılaşdırılmış görüşdə şübhəli bilinir. Donidən başqa, İtaliyanın futbol çempionatının müxtəlif komandalarında və divizionlarında çıxış edən daha 16 nəfər həbsə alınıb. Son yarım ildə artıq ikinci dəfədir ki, prokurorluq İtaliya futbolçularını razılaşdırılmış oyunlar təşkil edib keçirməkdə ittiham edir. Belə ki, Apennində bundan əvvəlki qalmaqal iyunun 1-də qalxmışdı. Məlum olmuşdu ki, İtaliya yığmasının keçmiş futbolçusu Cüzeppe Sinyori razılaşdırılmış oyunlar təşkil etməkdə şübhəli bilinərək həbs edilib. O zaman Sinyoridən başqa İtaliya polisi daha 15 nəfəri həbs etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB