Anna Qurbanova İtaliyada keçirilən beynəlxalq turnirdə iki medal qazanıb

Azərbaycan gimnastı Anna Qurbanova İtaliyanın Udine şəhərində hər il keçirilən ənənəvi beynəlxalq turnirdə iki medal qazanıb. Siasport.az saytı xəbər verir ki, Qurbanova şəxsi yarışlarda dörd hərəkətin yekununa əsasən rusiyalı Natalya Bulıçeva və Almaniyanı təmsil edən Yana Berezkodan sonra bürünc mükafat qazanıb. İdmançımız ikinci mükafatı komanda hesabında qazanıb və bu nominasiyada Azərbaycan və Rusiya komandaları ikinci yeri bölüşüblər. Qızıl medalın sahibi Almaniya komandası, bürünc mükafatın sahibi isə Belarus idmançıları olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə