"Barselona" klubu və İspaniya millisinin əsas hücumçusu David Vilyanın zədəsi dörd-beş aya sağala bilər. Məlumatı "Barselona"nın rəsmi saytı yayıb.
Bu barədə rəyə həkimlər ötən gün 30 yaşlı hücumçu əməliyyat olunduqdan sonra gəliblər. Beləliklə, İspaniya millisinin bombardiri iyunun 8-dən iyulun 1-dək Polşa və Ukraynada keçiriləcək futbol üzrə 2012-ci il Avropa çempionatınadək formasına qayıda bilər.
Xatırladaq ki, David Vilya dünya klub çempionatının yarımfinalında Qətərin "Əl Sədd" klubuna qarşı oyunda ayağını sındırıb.
"Barselona"nın hücumçusu İspaniya millisində vurduğu qolların sayına (51) görə rekordçudur. O, hazırkı Avropa və dünya çempionudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB