AFFA “Karvan”ın futbolçusunu niyə cəzalandırıb?

AFFA “Karvan”ın futbolçusunu niyə cəzalandırıb?

AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin  iclasında birinci divizionun 15-ci turunda qeydə alınan qayda pozuntularına və digər məsələlərə hüquqi qiymət verilib. Siasport.az saytı xəbər verir ki.keçən turda "Qaradağ"–"Karvan" matçının 75-ci dəqiqəsində "Karvan"ın futbolçusu Anar Həsənov idmançıya yaraşmayan hərəkətə görə, ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən futbolçu bir oyunluq cəzalandırılıb və klub cərimə olunub. 

Bütün xəbərlər Facebook səhifəmizdə