Bu gün 2011-ci ildə milli futbol komandalarının ən yaxşı oyunçularının mükafatlandırılması mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, mərasimdə əvvəlcə millinin 2011-ci ildə keçirdiyi görüşlərdən bəhs edən videoçarx nümayiş olunub. Sonra "A" milli komandada ən çox oyun keçirmiş Rəşad Sadıqov, Kamran Ağayev, "Ən yaxşı..." nominasiyalarında çimərlik futbolu üzrə millinin oyunçusu Elvin Quliyev, qızlardan ibarət Azərbaycan yığmasının futbolçusu Əminə Heydərova və futzal üzrə yığmanın idmançısı Vitali Borisov mükafatlandırılıblar. "2011-ci ilin ən yaxşı futbolçusu" adını isə yığmanın hücumçusu Rauf Əliyev qazanıb. Futbol üzrə millinin baş məşqçisi Berti Foqts MOİK klubunun yaranmasının 50 illiyi münasibətilə komandanın nümayəndəsinə diplom təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB